Xəbər lenti

"Zirə"nin futbolçusu milli komandamızdan qovuldu
İdman15:28 03.09.2016

"Zirə"nin futbolçusu milli komandamızdan qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zirə"nin futbolçusu Adil Nağıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb. Qaynarinfo.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq prosesi ərzində keçirdiyi 2 yoxlama oyununda imkanlarından aşağı səviyyədə çıxış etdiyi üçün Adil Nağıyev (“Zirə” FK) baş məşqçinin qərarına əsasən yığmanın toplanışından klubunun düşərgəsinə göndərilib.
Qaynarinfo.Az