Xəbər lenti

"Zirə"nin hücumçusu Salvadorda komandasına xal qazandırdı - VİDEO
İdman21:05 26.03.2016

"Zirə"nin hücumçusu Salvadorda komandasına xal qazandırdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Zirə"nin hücumçusu Nelson Bonilya Salvador millisində 8-ci qolunu vurub.

Qaynar.info xəbər verir ki, onun çıxış etdiyi Salvador millisi dünya çempionatının seçmə qrupunda paytaxt San-Salvadorda Honduras yığmasını qəbul edib.

Honduraslı məşqçi Ramon Maradiaqa "Zirə"nin hücumçusuna 90 dəqiqə oynamaq şansı verib və buna peşman olmayıb. Belə ki, Azərbaycan Premyer Liqasının 10 qolla bombardiri olan Bonilya 88-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib və qol vurub. Salvador məhz son dəqiqələrdə vurulan bu qolla 1 xal qazanıb - 2:2.

Qeyd edək ki, Salvador millisi növbəti seçmə oyununu Hondurasda keçirəcək. Bu matç martın 29-da baş tutacaq.

Qaynar.info