
Kanada və Salvador milliləri arasında keçiriləcək matçdan əvvəl qonaq futbolçulara pul təklif olunub.
Qaynarinfo.Az xəbər verir ki, oyun öncəsi keçirilən mətbuat konfransında Salvador millisinin futbolçuları açıqlayıblar. Onlar Hondurasdan 1 kişinin pul qarşılığında Kanadaya qarşı danışılmış oyunda iştirak etmələrini istəyib. Həmin audioyazı jurnalistlərə təqdim olunub.
Belə ki, salvadorlu futbolçulara Kanadaya qalib gələcəkləri halda, meydanda olduqları hər dəqiqəyə görə 30 dollar təklif olunub. Komanda heç-heçə edərsə, 20 dollar və 1 top buraxarsa, 15 dollar veriləcəyi bildirilib. Salvador 2 topdan artıq uduzacağı halda oyunçulara heç nə verilməyəcəyi deyilib.
Turnir cədvəlinə nəzər saldıqda görmək olur ki, seçmə mərhələnin A qrupunda Kanada 5 top vuracağı halda şəxsi oyunlara görə II pilləni tuta bilər. Hondurasın isə son turda səfərdə lider Meksikaya qalib gələcəyi inandırıcı deyil. Bu üzdən honduraslı naməlum şəxsin belə təklif irəli sürməsi başa düşüləndir.

Onu da bildirək ki, Salvador millisinin heyətində ötən mövsüm "Zirə"də çıxış edən, hazırda Portuqaliyanın "Nasional" komandasında oynayan Nelson Bonilya da var.
Qaynarinfo.Az