Xəbər lenti

"Zirvə" Gürcüstanda zirvəyə yüksəldi - FOTOLAR
İdman15:02 22.06.2016

"Zirvə" Gürcüstanda zirvəyə yüksəldi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanda Azərbaycanın "Zirvə" komandası beynəlxalq turnirin qalibi olub.

Qaynarinfo.az xəbər verir ki, "Zirvə" klubunun Lənkəran bölməsinin 2003/04 təvəllüdlü komandası Tiflisdə kubok qazanıb. 

"Zirvə" finala gedən yolda "Didube" ilə 7:7, "Avaza" ilə 4:4 oynayıb. Təmsilçimiz "Olimp"i 9:3, "Dinamo"nu isə 7:4 hesabı ilə məğlub edib.

Qrupdan II yerdə çıxan "Zirvə" finalda yenidən "Didube" ilə qarşılaşıb. Bu komandalar arasında oyun yenə bolqollu keçib. Bu dəfə "Zirvə" 7:6 qalib gəlib.

Qeyd edək ki, oyunu izləyənlər arasında Bakı "İnter"inin sabiq qapıçısı Georgi Lomaya, Tiflisin Saburtalo rayonunun deputatı və yerli Uşaq Futbol Federasiyasının prezidenti də izləyib.

Qaynarinfo.az