Xəbər lenti

"Ziya Məmmədovla Cavid Qurbanov arasında problem yoxdur"
Ölkə13:18 01.10.2013

"Ziya Məmmədovla Cavid Qurbanov arasında problem yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Onların arasında isti münasibət var". 

Bunu publika.az saytına müsahibəsində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton məmmədov deyib. 

Son günlər mətbuatda Ziya Məmmədov ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov arasında münasibətlərin çox soyuq olduğunu, hətta rəhbər-işçi münasibətlərində subordinasiyanın da gözlənilmədiyi barədə yayılan məlumatlara münasibət bildirən E. Məmmədov deyib ki, nəqliyyat naziri olaraq Ziya Məmmədovun rəhbərliyi altında çalışan bütün kollektivlə münasibətləri çox şəffaf və normaldır: 

“Aralarında isti münasibətlər var və bunun da bariz nümunəsi olaraq Ziya müəllimin rəhbərlik etdiyi bütün sahələrdə ona rəhbərlik edən insanların gördüyü işlər də göz qabağındadır. Bu işlərin hər biri ürək açandır, bu xalqa xidmət edəndir, müasir infrastrukturlardır. 

İstər avtomobil nəqliyyatının, istər yol-nəqliyyat infrastrukturunun, istərsə də dəmir yolunun təkmilləşdirilməsində və yeni beynəlxalq dəmir yolunun çəkilməsi buna bariz nümunədir ki, rəhbərin tabeçiliyində olan digər insanlarla heç vaxt pis münasibəti yoxdur. 

Pis münasibət yalnız hər hansı verilən işin öhdəsindən sağlam və layiqli gələ bilməməkdən ola bilər. Bununla bağlı isə qanuna uyğun olaraq tədbirlər görülməlidir. Ən pis halda isə həmin insan təbii ki, tutduğu vəzifədən azad oluna bilər. Bu isə indi hər bir vəzifəli insana şamil edilə bilər”.


Qaynar.info