Xəbər lenti

Qurban bayramı başladı
Ölkə05:00 04.10.2014

Qurban bayramı başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsəlmanların müqəddəs bayramı bu il 3 fərqli günə təsadüf edir

Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı başlayır. Ölkəmizdə bu il Qurban bayramı oktyabrınn 4-də və 5-də qeyd edilir.

Qurban bayramı İslamın iki əsas iki bayramından biridir. İkinci əsas bayram isə Ramazan bayramıdır. Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı Hicri-qəməri təqvimi ilə Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Bakının “Təzə Pir” məscidində bayram namazı oktyabrın 5-i səhər saat 9:00-da qılınacaq. Lakin oktyabrın 4-ü də bayram namazı qılına bilər. “İstənilən halda oktyabrın 4-ü “Təzə Pir” məscidində bayram namazı qılmaq istəyən olsa, onların da bayram namazı qılması üçün hər cür şərait yaradılacaq”, - deyə QMİ-dən bildirilib.

Hər il olduğu kimi bu il də İslam dünyası Qurban bayramını fərqli vaxtlarda qarşılayır. Bayram bu il 3 fərqli günə təsadüf edir. Belə ki, bəzi ölkələr Qurban bayramını 4, bəziləri 5, bəziləri isə 6 oktyabrda qarşılayır.

Qaynar.info