
Tanınmış hüquqşünas Nəsimi rayon məhkəməsinə aparılıb
Tanınmış hüquqşünas Qurban Məmmədov Nəsimi rayon polis idarəsinə çağırılıb. Qurban Məmmədovun köməkçisi açıqlamasında bildirib ki, bu gün saat 11 radələrində Nəsimi rayon Polis İdarəsinə gedən Qurban Məmmədov hələ də qayıtmayıb: “Dünən axşam xəbər göndərilmişdi ki, sabah polisə gəlsin. Çağırılma səbəbi isə, sentyabr ayında baş vermiş avtoqəza ilə bağlıdır. Həmin qəzada “stayanşikin” ayağı qırılmışdı. Guya araşdırma nəticəsində müəyyən olub ki, həmin qəzada günahkar Qurban Məmmədovdur”.
Aldığımız son məlumata görə, Q.Məmmədovu Nəsimi rayon məhkməməsinə aparıblar.
Azadlıq.info