Xəbər lenti

Qurban Qurbanov 15 yaşlı Əlini əsas komandaya çağırdı
İdman12:30 11.01.2026

Qurban Qurbanov 15 yaşlı Əlini əsas komandaya çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın Antalya toplanışına 15 yaşlı Əli Bəşirovu da aparıb.
QOL.az xəbər verir ki, gənc yarımmüdafiəçi "Qarabağ"ın U-19 və Azərbaycanın U-16 millisinin üzvüdür.
Qeyd edək ki, "Qarabağ” toplanış çərçivəsində yanvarın 12-də Özbəkistanın "Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın "Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək. Antalya toplanışı yanvarın 17-nə qədər davam edəcək.