
“Qarabağ” futbol klubu baş məşqçi Qurban Qurbanovun aylıq 50 min dollar maaş alması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov AzVision.az-a bildirib ki, Qurban Qurbanov aylıq 50 min dollar maaş almır, rəqəmlər şişirdilib.
“Göstərilən rəqəm həqiqəti əks etdirmir. Baş məşqçinin maaşı ən azı iki dəfə şişirdilib”, - deyə N.İbrahimov açıqlamasında bildirib.
Mətbuat katibi baş məşqçinin nə qədər maaş aldığını açıqlamayıb.
Qeyd edək ki, yerli KİV-də Azərbaycan klublarında çalışan baş məşqçilərin aldığı maaşla bağlı rəqəmlər açıqlanıb. İddia edilib ki, ən çox maaşı “Qarabağ” klubunun məşqçisi Qurban Qurbanov alır – 50 min ABŞ dolları.
Yayılan məlumatda baş məşqçilərin maaşı aşağıdakı kimi göstərilib:
1. Qurban Qurbanov – 50.000 dollar (aylıq), illik 600 min dollar
2. Roman Qriqorçuk – 400.000 dollar (illik)
3. Vəli Qasımov ("Neftçi"nin keçmiş baş məşqçisi) – 10.000 manat (aylıq)
4. Şahin Diniyev ("Kəpəz") – 8.000 manat
5. Zaur Svanadze ("İnter") – 5.000 dollar
6. Adil Şükürov ("Zirə") – 4.000 manat
7. Samir Abbasov ("Sumqayıt") – 3.500 manat
8, Tərlan Əhmədov (AZAL) – 2.000 manat
Qaynarinfo.Az