Xəbər lenti

Qurban Qurbanov AFFA və "Neftçi"yə "ilişdi"
İdman16:52 04.12.2013

Qurban Qurbanov AFFA və "Neftçi"yə "ilişdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"AZAL güclü komandadı, çətin oyun oldu. Sona yaxın Reynaldonun baxımlı qolu ilə qələbə qazandıq. AZAL-a qarşıdakı çempionat oyunlarında uğurlar arzulayıram". 

Fanat.az xəbər verir ki, bu sözləri AZAL-la kubok oyunundan (1:0) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. "Qarabağ" Premyer Liqanın XVI turunda "Neftçi" ilə qarşılaşacaq. Dünün AFFA-nın Apellyasiya və Ekspert Klomitəsi paytaxt klubunun futbolçusu Flavinyonun cəzasını bir oyunu endirib. Bu isə onun "Qarabağ"a qarşı oynaması deməkdi.

Bununla bağlı suala cavab verən Qurbanov AFFA-nın qərarından narazılıq edib: "Əgər vurulan qol ləğv edilmirsə, cəzalanan futbolçu bağışlanmamalıdı. Flavinyo ilə bağlı qərarı eşidəndə təəccüblənmədim, çünki, bunu gözləyirdim".

Qaynar.info