Xəbər lenti

Qurban Qurbanov Şahruddini ehtiyat heyətə göndərdi
İdman18:35 24.08.2023

Qurban Qurbanov Şahruddini ehtiyat heyətə göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının pley-off mərhələsinin "Olimpiya” (Sloveniya) - "Qarabağ” (Azərbaycan) matçının heyəti açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, son bəzi matçlarda ciddi səhvlərə yol verən qapıçı Şahruddin Məhəmmədəliyev bu görüşdə start heyətdə yer almayıb. Q.Qurbanov gürcüstanlı qapıçı Luka Quqeşaşvilini start 11-liyə daxil edib. Şahruddin və yeni qapıçı Andrey Lunyev ehtiyatda yer alıblar.
Xatırladaq ki, "Olimpiya” - "Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq