Xəbər lenti

Qurban Qurbanov: Azərbaycan Kubokunun finalında çox ciddi rəqibə qarşı oynayacağıq
İdman 17:18 01.06.2024

Qurban Qurbanov: Azərbaycan Kubokunun finalında çox ciddi rəqibə qarşı oynayacağıq

Finalda çox ciddi rəqibə qarşı oynayacağıq.

"Report"un məlumatına görə, bunu Azərbaycan Kubokunun "Zirə" ilə final matçından öncə bu gün keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, "Zirə"yə qarşı oyunun asan olmayacağını söyləyib: "Zirə" çempionatın ikinci komandasıdır. Onlara qarşı oynamaq həmişə çətindir. Oyuna pis hazırlaşmamışıq. Penaltilər seriyasına isə psixoloji hazırlaşmaq lazımdır. Ümumiyyətlə, final oyunlarına fərqli yanaşıram. Amma çempionatın sonunda futbolçuların fiziki formalarını qorumasını tələb etmək düzgün deyil".

52 yaşlı mütəxəssis qapıda Andrey Lunyova şans verəcəyini bildirib: "Qapıda üstünlüyü Lunyova verməyi düşünürəm. Amma bu gün üçün bununla bağlı qəti heç nə deyə bilmərəm".

Q.Qurbanov Çempionlar Liqasının "Real" və Dortmund "Borussiya"sı arasında bu gün keçiriləcək final matçı barədə fikirlərini də bölüşüb: "Axşamkı oyunda layiq olan qalib gəlsin. İstərdim ki, "Real" qələbə qazansın. Belə olan halda futbolçularımız əlavə bir neçə gün də istirahət edə biləcəklər".

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyunun 2-də, saat 20.00-da "Liv Bona Dea Arena"da keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->