Xəbər lenti

Qurban Qurbanov beynəlxalq reytinq cədvəlində beş pillə irəlilədi
İdman17:43 12.07.2023

Qurban Qurbanov beynəlxalq reytinq cədvəlində beş pillə irəlilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən yaxşı 500 baş məşqçinin reytinq siyahısı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.
Ağdamın "Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədə qərarlaşıb. Əlli bir yaşlı mütəxəssisin hesabında 1595 xal var.
Qurban Qurbanov ötən siyahı ilə müqayisədə beş pillə irəliləyib.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.