Xəbər lenti

Qurban Qurbanov bu futbolçunu 20 min dollar cərimələdi
İdman11:53 30.10.2018

Qurban Qurbanov bu futbolçunu 20 min dollar cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Donald Geryeyə sərt üzünü göstərib.
Qaynarinfo sportinfo.az-a istinadən xəbər verir ki, haitili müdafiəçi 20 min dollar cərimələnib.
Adıçəkilən legionerin təcrübəli mütəxəssisin qəzəbinə tuş gəlməsinə səbəb millinin düşərgəsindən gec qayıtmasıdı. O, dönüş tarixindən yalnız 3 gün sonra klubun düşərgəsinə təşrif buyurub.
Donald yubanmasını şəxsi problemləri ilə əlaqələndirməyə çalışsa da, nizam-intizam məsələsində barışmaz mövqe tutan Qurbanov fikrindən dönməyib və ona böyük cərimə kəsib.