Xəbər lenti

Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu (FOTO)
İdman12:20 19.11.2017

Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqanın lideri "Qarabağ"da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb. 
"Qaynarinfo" sportlife.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub. Elgün baş məşqçi Aftandil Hacıyevin ona şans verməməsindən hiddətlənərək heç kimə xəbərdarlıq etmədən düşərgədən ayrılıb.
Müdafiəçi artıq 2 həftədir ki, "Qarabağ"da deyil. Mənbənin bildirdiyinə görə, hadisədən xəbər tutan Qurban Qurbanov qəzəblənərək Uluxanovu bağışlamayacağını deyib. 
Qaynarinfo.Az