Xəbər lenti

Qurban Qurbanov buna görə onu oynatmayıb
İdman18:18 30.01.2024

Qurban Qurbanov buna görə onu oynatmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”ın futbolçusu Aleksey İsayevin Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah”a qarşı oynamamasının səbəbi bəlli olub.
"Qafqazinfo” xəbər verir ki, Masazır klubundan transfer edilən futbolçunun müqaviləsində "kubok matçlarında oynamamaq” kimi bənd yer alıb. 
Bunu ağdamlıların baş məşqçisi Qurban Qurbanov açıqlayıb. O bildirib ki, komandalar arasında centlmensayağı belə razılaşma olub. 
Nəticədə A.İsayev ilk "23-lük”də yer almayıb.