Xəbər lenti

Qurban Qurbanov: "Çox vacib matça çıxacağıq"
İdman13:59 05.08.2024

Qurban Qurbanov: "Çox vacib matça çıxacağıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çox vacib matça çıxacağıq. Rəqib təcrübəyə malikdir.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis futbolçuların hazır olduğunu bildirib: "Əvvəlki oyunlara nisbətən istədiyimiz kimi hazırlaşmamışıq. Buna baxmayaraq görüşün vacib olduğunu bilirik. Həmişəki kimi azarkeşlərin baxımlı oyun izləməsini istəyirik. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Rəqibin əvvəlki qarşılaşmalarındakı nəticələrinə baxmırıq. Onlar bizi aldatmalı deyil".
Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ” – "Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.//Report.az