Xəbər lenti

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri siyasında 155 pillə yüksəldi
İdman14:00 24.10.2016

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri siyasında 155 pillə yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qaynarinfo.Az xəbər verir ki, siyahıda Azərbaycandan 2 məşqçisinin də adı yer alıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə ilə müqayisədə 155 pillə irəliləyib. Hesabında 1026 xal olan Qurbanov cədvəldə 579-cudur.

“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə 4 pillə geriləyərək 969 xalla 600-cü  yerdə qərarlaşıb.

Məşqçilərin reytinqinə ötən həftə Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən oyunlar təsir edib.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Luis Enrike başçılıq edir. Argentinalı Dieqo Simeone (“Atletiko”) ikinci, ispaniya Pep Qvardiola (“Mançester Siti”) isə üçüncüdür.

Qaynarinfo.Az