Xəbər lenti

Qurban Qurbanov: "Məğlub olmağı bacarmaq lazımdır"
İdman16:03 01.05.2019

Qurban Qurbanov: "Məğlub olmağı bacarmaq lazımdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşmasında evdə "Qəbələ” üzərinda 2:1 hesablı qələbə qazanan, lakin səfərdəki 0:1-lik məğlubiyyətə görə finala çıxa bilməyən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. 
"Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
-    Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, Kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük.
-    Futbolçulara matçdan dərhal sonra heç bir etiraz etmədiniz?
-    Xeyr. Uşaqlar qalib gəlmək üçün çalışdılar. Məğlub olmağı da bacarmaq lazımdır. Futbolçularımın yanındayam.
-    Fasiləyədək ilk qolu vurduqdan sonra "Qəbələ”nin bir neçə fərqlənmək epizodu oldu. İkinci hissədə yenə də qol vurduqdan sonra qapınız qarşısında qol epizodları yarandı. Bu, futbolçularınızın arxayınlığından irəli gəlmirdi?
-    Qətiyyən. Sadəcə, qapısında qol gördükdən sonra istənilən rəqib daha əzmlə, istəklə irəli atılır. Oyuna nəzarət edirdik. Ancaq bir səhv və yekunda finaldan kənarda qaldıq.