
"Qarabağ"ın daha bir rəqibi müəyyənləşib.
Qaynarinfo.az xəbər verir ki, yeni mövsümün hazırlıqları üçün iyunun 16-sı toplaşacaq komanda təlim-məşq toplanışı üşün Avstriyaya yollanacaq. Son 2 ildə olduğu kimi, bu dəfə də "Qarabağ" Avstriya - Almaniya sərhədinə yaxın Kössen qəsəbəsində hazırlıq keçəcək.
Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək Ağdam komandası buna qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırıb. Dünən xəbər verdiyimiz kimi, "Qarabağ" ilk görüşünə iyunun 25-də çıxacaq. Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi "Vakker"lə (İnsbruk) hazırlıq keçidiyi kompleksin meydançasında qarşılaşacaq.
"Qarabağ"ın 2-ci hazırlıq qarşılaşması iyunun 28-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri qeyd olunan gün cari mövsüm sürpriz çıxışıyla diqqət çəkərək Rusiya Premyer Liqasını gümüş medallarla bitirərək ölkəsini Çempionlar Liqasında təmsil edəcək "Rostov"la qarşılaşacaq. Xatırladaq ki, "Rostov"a türkmənistanlı məşqçi Qurban Berdıyev rəhbərlik edir. O, 2 dəfə Kazanın "Rubin"
Qeyd edək ki, komandanın son 2 hazırlıq qarşılaşması 1 və 5 iyula planlaşdırılıb.
Qaynarinfo.az