Xəbər lenti

Qurban Qurbanov mətbuat konfransı keçirəcək
İdman10:31 29.07.2019

Qurban Qurbanov mətbuat konfransı keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Dundalk" (İrlandiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
 
Qaynarinfo xəbər verir ki, iyulun 30-da "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:15-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:30-də Suraxanıda yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Dundalk"ın baş məşqçisi isə saat 19:30-da "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İrlandiya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
QEYD: Qeydiyyatdan keçmiş KİV nümayəndələri iyulun 16-sı, saat 14:00-dan 17:00-a qədər akkreditasiyalarını Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən, saat 17:45-dan 18:15-ə qədər isə "Azərsun Arena"nın mətbuat konfransı otağından edə bilərlər.
QEYD: Klub tərəfindən ayrılmış avtobus iyulun 30-u, saat 17:15-də media mənsublarını Respublika stadionundan "Azərsun Arena"ya, 18:50-də isə "Azərsun Arena"dan "Dalğa Arena"ya aparacaqdır.