Xəbər lenti

Qurban Qurbanov: “Milyonçu olmaq niyyətim yoxdur”
İdman12:10 27.08.2017

Qurban Qurbanov: “Milyonçu olmaq niyyətim yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Şükürlər olsun ki, bu gün bizim üçün hər bir şərait yaradılıb. Ailəmizi dolandırırıq, yaxınlarımıza, dostlarımıza az da olsa kömək edə bilirik. Bu bizim üçün böyük şeydir". "Qaynarinfo" xəbər verir ki, bu sözləri APA-ya müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi milyonçu olmaq niyyətinin olmadığını bildirib: "Naşükür insan deyiləm, milyonçu olmaq niyyətim də yoxdur. Vacib olan düzgün yaşamağı bacarmaqdır. Bir dəfə müsahibəmdə də demişəm: insan təkcə bu günü üçün yaşayırsa, əlbəttə, çox şeyi itirə bilər. Amma sabahını da düşünürsə, həyatda stabil olursa, çətinliklər çox olmayacaq".

Qaynarinfo.Az