Xəbər lenti

Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
İdman 13:00 28.06.2026

Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı

Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar".
 
Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "VSG Tirol”la (Avstriya) keçirilən yoxlama matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.


4:0 hesablı qələbəni şərh edən mütəxəssis yeni transferlərin istəkli olduğunu, komandaya fayda verəcəklərini qeyd edib: "Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq.

Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik”.

Xatırladaq ki, "Qarabağ"ın qollarından üçünü yeni transfer Zakaria Savo, birini isə Kamilo Duran vurub.
--> -->