
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. "Sport7" xəbər verir ki, baş məşqçi 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"İlk növbədə "Tvente"ni təbrik etmək istərdim. Yaxşı komandadı, güclü oyunçuları var. Müəyyən mənada biz beş il öncəki qisasımızı ala bildik. Amma biz bu haqda az düşünürdük. Sadəcə, növbəti mərhələyə adlamaq istəyirdik. Komandamla fəxr edirəm. Artıq növbəti oyunlarımız haqda düşünəcəyik".
Qaynar.info