
Azərbaycan ordusunun şəhid olan zabiti, polkovnik-leytenant Raquf Orucovla vida mərasimi keçirilib.
Qaynar.info xəbər verir ki, Sumqayıtda keçirilən vida mərasiminə yüzlərlə şəxs qatılıb.
Bunların arasında "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da olub.

Qaynar.info