Xəbər lenti

Qurban Qurbanov: "Sürix"lə oyunda diqqətli olmalıyıq"
İdman14:58 18.07.2022

Qurban Qurbanov: "Sürix"lə oyunda diqqətli olmalıyıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu komandaya qarşı oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var idi. Bundan maksimum istifadə etmək istədik. Rəqibin matçlarını təhlil etmişik, onların son çempionat oyunundakı hesabı bizi aldada bilər"
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis yaxşı komandaya qarşı oynayacaqlarını bildirib: "Sürix" fərqli sistemlə çıxış edir. 90 dəqiqə meydanda diqqətli olmalıyıq. Rəqibi tam yaxından tanımırıq. Oyunun gedişində tanımağa başlayacağıq. İsveçrə çempionuna qarşı mübarizə aparacağıq. Sona 4 tur qalmış çempionluğu təmin etmişdilər. Bu da onların potensialından xəbər verir. Müdafiədə həddindən artıq diqqətli olmalıyıq. Rəqibin əks-hücumlarına da hazır olmalıyıq".