Xəbər lenti

Qurban Qurbanov üçün 500-cü oyun...
İdman 11:45 28.10.2024

Qurban Qurbanov üçün 500-cü oyun...

"Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turuna təsadüf edib.

Ağdam klubu yubiley görüşündə "Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

17-ci mövsümdür "Qarabağ”da işləyən Qurbanovun debütü 2008-ci il avqustun 9-da "Bakılı” ilə səfər görüşünə təsadüf edib.

Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

Qeyd edək ki, Qurban Qurbanov ölkə çempionatı tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->