Xəbər lenti

Qurban Qurbanov üçün əlamətdar tur
İdman09:39 25.04.2022

Qurban Qurbanov üçün əlamətdar tur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qurban Qurbanov "Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib.
 
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXIV turuna təsadüf edib. "Qəbələ” ilə səfərdəki qarşılaşmada Ağdam klubu Qurbanovun baş məşqçiliyi dövründəki yubiley oyununda 2:0 hesabı ilə qalib gəlib.
50 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan ümumilikdə 600 matçda "Qarabağ” 337 qələbə qazanıb. Qurbanovun yetirmələri 153 dəfə heç-heçəyə imza atıb. Onun komandası 110 dəfə məğlubiyyətlə üzləşib.
Səbuhi Həsənov