Xəbər lenti

Qurban Qurbanov:
İdman 23:01 15.07.2026

Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq"

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı "Vestri"ni (İslandiya) artıq daha yaxından tanıyır.

Qaynarinfo xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, cavab görüşünə yaxşı hazırlaşdıqlarını söyləyib:

"Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq. Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik. Bununla belə, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər".

Qeyd edək ki, "Qarabağ" "Vestri" kollektivini ilk matçda 3 cavabsız qolla məğlub edib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->