
Qurban bayramında Bakıda qurbanlıq heyvanların satışı və kəsilməsi ilə bağlı yerlər müəyyənləşdiriləcək.
Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
A.Əliyev deyib ki, İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq dövlət strukturları heyvandarlıqla məşğul olan sahibkarlarla birgə paytaxt və ətraf qəsəbələrdə bazar qiymətlərinə nisbətən ucuz qurbanlıq heyvanların satışını təşkil edəcək".