Xəbər lenti

Qurbanov Bordini qabaqladı
İdman08:32 01.01.2020

Qurbanov Bordini qabaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş məşqçilərin dünya reytinqi açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, planetin ən güclü 1000 çalışdırıcısının siyahısında Azərbaycan Premyer Liqası iki mütəxəssislə təmsil olunub.
 
"Top-1000”də yeganə azərbaycanlı məşqçi "Qarabağ”a başçılıq edən Qurban Qurbanovdur. O, 1054 xalla dünyanın 574-cüsüdür. 47 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə bir addım irəliləyib.
"Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin isə yerində qalıb. Hesabında 818 xal olan 54 yaşlı mütəxəssis yenə 678-ci pillədədi.
Cədvələ "Barselona”nın baş məşqçisi Ernesto Valverde 15 min 917 xalla başçılıq edir.