Xəbər lenti

Qurbanovdan "Qarabağ" üçün yubiley qolu
İdman09:20 17.12.2021

Qurbanovdan "Qarabağ" üçün yubiley qolu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” Azərbaycan çempionatlarında 750-ci ev qoluna imza atıb.
 
Qaynarinfo xəbər verir ki, bu, Premyer Liqanın XIV turuna təsadüf edib. "Zirə” ilə görüşdə (2:0) vurulan ikinci qol yubiley xarakteri daşıyıb.
750-ci qolu rəqib qapısından Musa Qurbanlı keçirib. "Qarabağ” 750-ci qolu 413-cü ev oyununda vurub.
"Qarabağ”ın evdəki ilk qolunun müəllifi Mehman Alışanovdur. 1992-ci mayın 3-də Sabirabad "İnşaatçı”sının (1:2) qapısına qol vuran futbolçu həm də ölkə çempionatlarının tarixinin birinci topuna imza atıb.
Səbuhi Həsənov