Xəbər lenti

Quş "Fənərbaxça"nı İngiltərəyə aparan təyyarəyə mane oldu
İdman11:10 19.10.2016

Quş "Fənərbaxça"nı İngiltərəyə aparan təyyarəyə mane oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin "Fənərbaxça" futbol klubunu İngiltərənin Mançester şəhərinə aparan təyyarə Macarıstanda məcburi eniş etməli olub.

Qaynarinfo.Az xəbər verir ki, təyyarə Macarıstanın paytaxtı Budapeştdə yerə enib. Buna səbəb isə bir quşun özünü təyyarənin ön pəncərəsinə çırpması olub.

Qeyd edək ki, "Fənərbaxça" İngiltərəyə Avropa Liqasının qrup mərhələsi çərçivəsində məşhur "Mançester Yunayted"lə oynamaq üçün gedib.

Qaynarinfo.Az