Xəbər lenti

Qusar-Şahdağ yolunda "Niva" dərəyə aşıb, 3 nəfər yaralanıb
Ölkə17:44 30.10.2016

Qusar-Şahdağ yolunda "Niva" dərəyə aşıb, 3 nəfər yaralanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qusar Şahdağ Qış Yay Turizm Mərkəzinə gedən yolda qəza baş verib.

Qusar sakininə məxsus "Niva" markalı avtomobil Qusar-Şahdağ yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayıb.

"Niva" yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və maşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Qusar xəstəxanasına aparılan yaralılar, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə yerinə Qusar rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın yolun dumanlı və sərt enişli olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Qusar polisində araşdırma aparılır.(Report)

Qaynarinfo.Az