Xəbər lenti

Qusarda
Foto 10:33 20.07.2026

Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi (FOTO)

Azərbaycan Milli Mətbuat günü ərəfəsində Qusarda jurnalistlər arasında təşkil olunan minifutbol turnirinə yekun vurulub.

Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Avrora Qrup”un baş sponsorluğu ilə Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.

AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentliklərinin jurnalistlərindən ibarət "Ziya" komandası televiziya işçilərindən formalaşan "Həyat” komandası ilə qarşılaşıb. Oyun "Həyat"ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin final oyununda isə ictimai-siyasi xəbər saytlarının işçilərindən formalaşan "Əkinçi” komandası idman saytlarının nümayəndələrinin olduğu "Tərəqqi" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Tərəqqi" 2:0 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıb.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Tərəqqi", "Əkinçi" və "Həyat" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Mükafatları Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə sektor müdiri Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Anar Məmmədov, Yurd.Media-nın baş redaktoru Murad Əliyev, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və "Avrora Qrup"un əməkdaşı Vasif Musayev verib. 

Turnirin ən yaxşı qapıçısı mükafatı ilk oyunda fədakarlıq göstərərkən zədələnən  "Ziya" komandasının qapıçısı Samir Güləliyevə təqdim olunub, yarışın ən yaxşı oyunçusu üçün mükafat isə qalib komandanın kapitanı Murad Şirinova verilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->