Xəbər lenti

Qusarda meyvə emalı müəssisəsi yaradılacaq
Ekonomiks14:45 06.08.2016

Qusarda meyvə emalı müəssisəsi yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. 

Qaynarinfo.Az Fonda istinadən xəbər verir ki, iş adamlarından ixtisaslaşdırılmış yaşıl marketin, intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması ilə bağlı layihələr qəbul ediləcək. 

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsi ilə SKMF-ya müraciət edə bilərlər. 

Qaynarinfo.Az