Xəbər lenti

Rafael Ağayev çempion oldu
İdman09:47 17.04.2017

Rafael Ağayev çempion oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış karateçi, 5 qat dünya, 12 qat Avropa çempionu Rafael Ağayev növbəti dəfə çempion olub.

"Qaynar" baku.ws-ə istinadən xəbər verir ki, Mərakeşdə keçirilən “Karate1” yarışında iştirak edən təmsilçimiz ardıcıl 6 yarışda rəqiblərini məğlub edib.

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə çıxış edən idmançımız finalda Səudiyyə Ərəbistanından olan Raef Alturkistani ilə qarşılaşıb.

Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.

Qaynar.Az