Xəbər lenti

Rafael Ağayev finalda uduzdu
İdman15:10 30.03.2019

Rafael Ağayev finalda uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.
Qaynarinfo xəbər verir ki, idmançımız İspaniyanın Qvadalaxara şəhərində keçirilən böyüklərin 55-ci Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz yarışı gümüş medalla başa vurub. 
Finaladək 4 döyüş keçirən Ağayev Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0, Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə məğlub edib. Yarımfinalda qaşından yüngül zədə alan idmançımız bu gün baş tutan həlledici qarşılaşmada italiyalı Luici Busa ilə görüşüb. 5 qat dünya və 11 qat Avropa çempionu bu dəfə rəqibinə 0:1 hesabı ilə uduzub. 
Qeyd edək ki, bu, Rafael Ağayevin qitə çempionatlarında 20-ci medalıdır. Onun hesabında 11 qızıl, 2 gümüş və 7 bürünc medal var. (azvision.az )