Xəbər lenti

Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək (FOTO)
İdman06:32 07.10.2021

Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Qaynarinfo Oxu.Az-a istinadla xəbər verir ki, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.
Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.