Xəbər lenti

Rafiq Hüseynov 3 qat Avropa çempionu oldu
İdman18:54 03.04.2022

Rafiq Hüseynov 3 qat Avropa çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycanın Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu olan güləşçimiz final  həlledici görüşdə Gela Bolkvadze (Gürcüstan) qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə qızıl medal qazanıb. 
Murad Məmmədov (60 kq) bürünc medal uğrunda  görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib - 5:2.
Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşib. Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında Avropa çempionatında ilk dəfə mükafatçılar sırasında yer alıb.
Ülvi Qənizadənin (72 kq) bürünc medal uğrunda rəqibi Kristupas Sleyva (Litva) olub. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 8-ci medalı qazandırıb.