
“Xalq artisti Rafiq Hüseynov fevral ayının əvvəlində Türkiyəyə yollanacaq”.
Bunu Modern.az-a açıqlamasında onun həyat yoldaşı Səbinə Hüseynli deyib. “Bilirsiniz ki, o, kimya-terapeyanı Azərbaycanda keçməliydi. Lakin akademik Əhliman Əmiraslanovla söhbət zamanı belə qərara gəldilər ki, ilk kimya-terapeya Türkiyədə aparılsın. Çünki əməliyyat İstanbul klinikasında baş tutub. Ona görə də ilk kimyəvi müalicənin İstanbulda aparılması məqsədəuyğundur. Lakin sonrakı mərhələlərdə aparılmalı olacaq kimya-terapeyanın hansı xəstəxanada aparılacağı bəlli deyil”.
Qeyd edək ki, məşhur diktor Rafiq Hüseynov ağ ciyər xərçəngindən Türkiyədə əməliyyat olunub. Keçən həftəyə qədər ilk kimyəvi müalicənin Bakıda aparılması nəzərdə tutulurdu.
Qaynar.info