
Bu gün tanınmış yazıçı-publisist Rafiq Tağının naməlum şəxs tərəfindən bıçaqlanandan 4 gün sonra xəstəxanada müəmmalı şəkildə vəfat etməsindən 2 il ötür. Bu münasibətlə mərhumun qəbri ziyarət olunacaq, "Rafi Tağı mükafatı" laureatlarına təqdim ediləcək.
Qeyd edək ki, Rafiq Tağı 19 noyabr 2011-ci ildə işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçmışdı. R.Tağı Klinik Mərkəzə aparılmış, noyabrın 23-ü saat 15 radələrində klinikanın reanimasiya şöbəsində dünyasını dəyişmişdi.
Hadisə ilə bağlı cinayət işi açılsa da hələlik yazıçının qatili və qətlin təşkilatçıları tapılmayıb.
İxtisasca həkim olan Rafiq Tağı Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında işləyirdi. Mütəmadi yaradıcılıqla məşğul olur, tez-tez müxtəlif mövzularda ajiotaj doğuran məqalələr yazırdı. Həmkarları sui-qəsdin səbəbinin onun yazdığı kəskin tənqidi məqalələr olduğunu ehtimal edirər.
Məlumdur ki, 2007-ci ildə Rafiq Tağı “Sənət” qəzetində dərc olunmuş “Avropa və biz” məqaləsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Barəsində İran dindarları ölüm fətvası vermişdilər.
Qaynar.info