Xəbər lenti

Rail Məlikov klubunu dəyişdi
İdman12:43 21.06.2016

Rail Məlikov klubunu dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016/17 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb. 

Qaynarinfo.az xəbər verir ki, komanda son olaraq AZAL-da çıxış etmiş Rail Məlikovu heyətinə qatıb. Adıçəkilən futbolçu komanda ilə 1 illik sazişə imza atıb.

Qeyd edək ki, Rail Məlikov peşəkar karyerası ərzində "Bakı", "Neftçi", "Dənizlispor" və "Qəbələ"nin formasını geyinib. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.

"Sumqayıt" bundan əvvəl Fərhad Vəliyev, Kamran Abdullazadə, Ruslan Tağızadə, Əli Həsənli və Vadim Abdullayevlə müqavilə imzalayıb. "Neftçi"dən Mirabdulla Abbasov isə 1 illiyə icarəyə götürülüb. 

Qaynarinfo.az