Xəbər lenti

Rail Rzayevin qardaşına vəzifə verildi
Ölkə08:09 01.11.2013

Rail Rzayevin qardaşına vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə nazirinin qətlə yetririlmiş sabiq müavini, HHQ və HHM qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qardaşı polkovnik-leytenant Rəfail Rzayev Müdafiə Nazirliyində rəis vəzifəsinə təyinat alıb.

Qaynar.info xəbər verir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov özünün Facebook profilində məlumat yayıb.

Ü.Cəfərov bildirib ki, Rəfail Rzayev Nəcməddin Sadıkovun təklifi ilə yeni nazir Zakir Həsənov tərəfindən Müdafiə Nazirliyinin Hərbi Daşınmalar şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, mərhum general Rail Rzayev qətlə yetiriləndən bir gün sonra Rəfail Rzayev o vaxt işlədiyi Şamaxı Rayon Hərbi komissarı vəzifəsindən azad edilərək ordudan tərxis edilmişdi.

Qaynar.info