Xəbər lenti

Ramazan ayının 10-cu gününün imsak və iftar vaxtları
Ölkə17:08 03.05.2020

Ramazan ayının 10-cu gününün imsak və iftar vaxtları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Ramazan ayının 10-cu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 4-də imsak vaxtı saat 03:55-də, iftar vaxtı isə 19:54-dədir. 
10-cu günün imsak vaxtının duasını təqdim edirik:
Duanın oxunuşu: "Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.
Tərcüməsi: "İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”
İftar duası:
Duanın oxunuşu: "Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”
Tərcüməsi: "İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”
Allah orucunuzu qəbul etsin!