Xəbər lenti

Ramil Quliyev 35 illik rekordu qırdı
İdman19:46 29.06.2018

Ramil Quliyev 35 illik rekordu qırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 18-ci Aralıq dənizi Oyunlarında qızıl medal qazanıb.
"Qafqazinfo” Haberler.com-a istinadən xəbər verir ki, 28 yaşlı atlet İspaniyanın Tarraqona şəhərində keçirilən yarışlarda 200 metr məsafəyə qaçışda finişə hamıdan öndə çatıb.
R.Quliyev 20.15 saniyəlik göstəricisi ilə bu yarışda 35 illik rekordu da yeniləyib.
İtalyan idmançı 20.77 ilə ikinci, fransız Mişe-Meba Zeze isə 20,78 saniyə ilə üçüncü olub.