Xəbər lenti

Ramil Quliyev "Almaz liqası"nda ikinci oldu
İdman07:34 07.09.2019

Ramil Quliyev "Almaz liqası"nda ikinci oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan əsilli atlet Ramil Quliyev Beynəlxalq Atletika Federasiyası İttifaqı tərəfindən təşkil edilən "Almaz liqası"nda mübarizə aparıb.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Brüsseldə baş tutan yarışda Türkiyəni təmsil edən idmançı 200 metr məsafəni 19,74 saniyəyə qaçaraq 2-ci yeri tutub. 
Amerikalı atlet Noah Layls 19,86 saniyə nəticə ilə birinci olub. Kanadalı Andre de Qrasse isə 19,87 saniyə ilə yarışı 3-cü yerdə tamamlayıb.
Qeyd edək ki, Dünya və Avropa çempiona olan Ramil Quliyev "Almaz liqası"nda bu mövsüm ərzində ən yaxşı nəticəsini əldə edib.
Gülşən