Xəbər lenti

Ramil Şeydayev meydana çıxandan bir dəqiqə sonra qol qol vurdu
İdman13:39 09.03.2019

Ramil Şeydayev meydana çıxandan bir dəqiqə sonra qol qol vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" evdə "Yenisey"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 80-ci dəqiqədə Sergey Kornilenkonun yerinə oyuna daxil olub. 23 yaşlı hücumçu 81-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb.  
Bu nəticədən sonra "Krılya Sovetov" turnir cədvəlində 21 xalla 13-cü pillədə qərarlaşıb. "Yenisey" isə 11 xalla sonuncu - 16-cı yerdədir.
Qeyd edək ki, Ramil Şeydayev ötən turda "Lokomotiv"lə görüşdə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.