Xəbər lenti

Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurdu
İdman16:34 03.04.2019

Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" Rusiya Premyer Liqasında XVI turdan təxirə salınmış oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Samara təmsilçisi səfərdə "Orenburq"la üz-üzə gəlib. Qarşılaşma "Krılya Sovetov"un məğlubiyyəti ilə yekunlaşıb - 1:3. 
Şeydayev görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. Azərbaycan millisinin hücumçusu 12-ci dəqiqədə penaltidən fərqlənməklə tarazlığı bərpa edib. "Krılya Sovetov" qarşıdakı dəqiqələrdə qapısından daha iki top buraxıb. 
Qeyd edək ki, Samara klubu hazırda turnir cədvəlində 24 xalla 11-ci pillədə qərarlaşıb. "Orenburq" isə 29 xalla 8-ci yerdədi. Ramil Şeydayev bu turda da fərqlənməklə cari mövsüm Premyer Liqadakı qollarının sayını 4-ə yüksəldib.