Xəbər lenti

Ramil Usubov Abdulla Qurbaninin oğlunun yerinə təyinat etdi
Ölkə11:37 08.10.2018

Ramil Usubov Abdulla Qurbaninin oğlunun yerinə təyinat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Dövlət Yol Polisində növbəti kadr dəyişikliyi edib.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Cavid İsgəndərzadə Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Xəbəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən təsdiqləyiblər. 
Qeyd edək ki, Suraxanı rayonun Dövlət Yol Polisi Şöbəsinin rəis müavini Novruz Abdulla oğlu Qurbani idi. O, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğludur.